10 İyun 2023 22:08
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kahramanmaraşda təxminən 110 681 bina tikiləcək. Onlardan 36 min 94-ü tenderə çıxarılıb. Xalqımıza verdiyimiz sözə sahib çıxaraq dualarımız və hədəfimiz bu evləri bir il içində sahiblərinə təhvil verməkdir”.

Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

O bildirib ki, Kahramanmaraşda dəyən ziyanın qiymətləndirilməsi işləri tamamlanıb.

“Bizim məqsədimiz ilk növbədə çadırlarda qalan vətəndaşlarımızı konteyner şəhərlərinə daşımaq, həmçinin daimi yaşayış yerlərimizin tikintisini ən qısa zamanda başa çatdırmaqdır. Nazirlər Kabinetimiz yaradılandan sonra bütün nazir dostlarımızla birlikdə bölgədəki işləri yerində araşdırırıq”- deyə nazir vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər