7 Yanvar 2015 05:17
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin hökumət qüvvələri ölkədə son zamanlar xeyli fəallaşan yarımhərbi terrorçu birləşmələrə ağır zərbə endiriblər. muxtar Putlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüb, daha 46 nəfəri yaralayıb.

Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Putlendin rəhbəri Abdivali Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşmanın səhra komandirləri Muxtar Abdinur Əhməd və Əhməd Abdi Məhəmməd əsir götürülüb.

Qeyd edək ki, son bir neçə ay ərzində “Əş Şəbab” terror qruplaşmasının bir neçə lideri ələ keçirilib.


Müəllif:

Oxşar xəbərlər