20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü kağız üzərində dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Kanadanın baş naziri Castin Trüdo və Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı birgə bəyannamədə Ottavanın Kiyevin NATO-ya üzvlüyünü dəstəklədiyi göstərilib.