11 İyun 2023 13:25
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Təşkilatının (FATF) rəhbərliyi Rusiyanı İran, Şimali Koreya və Myanma ilə birlikdə öz "qara siyahı"sına daxil etsə, bu, Rusiya Federasiyasının maliyyə sistemini iflic vəziyyətinə sala bilər.

Teleqraf.com "RİA Novosti"də dərc olunan məqaləyə istinadla xəbər verir ki, bu fonda ölkədən istənilən pul köçürmələrinin həyata keçirilməsi, eləcə də xarici ölkələrlə ticarət əməliyyatlarının aparılması qeyri-mümkün olacaq

İndiyə qədər hadisələrin bu qədər inkişaf etməməsi əsasən Çin və Hindistanın bloklayıcı mövqeləri ilə bağlıdır.

Məqalədə qeyd olunur ki, Moskvaya qarşı beynəlxalq sanksiyalar fonunda yuxarıda göstərilən Asiya ölkələri Rusiyanın mühüm ticarət tərəfdaşlarına çevrilib və onların liderləri Qərb dövlətlərinin təzyiqi ilə Rusiya Federasiyası ilə ticarəti çətinləşdirmək istəmirlər.

“Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Təşkilatı (FATF) Rusiyanı İranla əlaqələrə görə "qara siyahı"ya salmaq niyyətindədir. Bu, fiziki şəxslər də daxil olmaqla, istənilən beynəlxalq köçürmələri qeyri-mümkün edəcək və digər ölkələrlə ticarəti iflic edəcək”, - materialda deyilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər