İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında qeyd edib.
Nazir vurğulayıb ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar.
"Hərbçilərə rəhmət diləyir, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verirəm", - paylaşımda bildirilir.