Respublikaçıların Nümayəndələr Palatası və Senata nəzarəti ələ aldığı yeni ABŞ Konqresi işinə başlayıb.
Publika.az xəbər verir ki, respublikaçı senator Mitç Makkonnel CNN televiziyasına müsahibədə qanunvericilər qarşısında ilk vəzifənin Kistoun neft kəməri layihəsini təsdiq etməkdən ibarət olacağını deyib.
Eyni zamanda respublikaçı qanunvericilərin prezident Obamanın ən böyük nailiyyətlərindən biri hesab edilən səhiyyə islahatı proqramı və onun mühacirətə dair prezident sərəncamını ləğv etməyə çalışacağı gözlənilir.
Prezident Obama xəbərdarlıq edib ki, o, respublikaçılar tərəfindən təqdim edilmiş qanun layihələri ilə razılaşmadığı halda onlara veto qoyacaq. Hər iki palatada böyük əksəriyyət əldə etmələrinə baxmayaraq, respublikaçılar prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malik deyillər.
Yeni Konqresin Nümayəndələr Palatasının spikeri yenidən Con Beyner seçilib.
ABŞ prezidenti Barak Obama yeni Konqreslə işləməyə hazır olduğunu bildirirərək deyib ki, vergi islahatları və beynəlxalq ticarətə dair müqavilələr də daxil olmaqla, bir sıra məsələlərdə kompromisə hazırdı.
Respublikaçılar Nümayəndələr Palatasında 435 yerdən 246 yeri qazanaraq, son 70 ildə ən böyük üstünlük əldə edib. Senatda 100 yerdən 55-i də hazırda respublikaçı qanunvericilərə məxsusdur.