Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7 km dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla 17:57-da qeydə alınıb.