Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın, Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun və müavinləri ilə basketbol oynayıb.
Teleqraf.com xəbər verir ki, oyunla bağlı gənclər və idman naziri Osman Aşkın Bak paylaşım edib.
Nazir "Prezidentimizlə basketbol oynamağa davam edirik. Arxa lövhədə də gördüyünüz kimi, Yaşıl Komanda qalib gəlir. Formadayıq", - qeydi ilə foto paylaşıb.