12 İyun 2023 09:59
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri da işğaldan azad edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər