Kredit faizlərinin və ərzaq qiymətlərinin artması İsrail iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Finance.walla” nəşri geniş məqalə ilə çıxış edib.
Bildirilib ki, Yaxın Şərq ölkəsi dövlətdəki payı 99,5% olan kiçik və orta müəssisələrin iflas dalğası ilə üzləşə bilər. Bununla yanaşı, təkcə kiçik deyil, həm də iri müəssisələr risk altındadır
Məqalədə vurğulanır ki, dağılma təhlükəsi altında İsrail iqtisadiyyatının bir sıra sektorları bata bilər:
"Bu siyahıya o cümlədən daşınmaz əmlak, yüksək texnologiyalar, qida emalı və digər sektorlar da aiddir.
“Ötən il bir çox İsrail şirkətindən koronavirus pandemiyası zamanı onlara verilən vəsaiti geri qaytarmaq tələb olundu və nəticədə onlar çətinliklərlə üzləşdilər. Bəzi şirkətlər, məsələn, son aylarda artan faiz dərəcələri və artan nağd pul çatışmazlığı səbəbindən bahalaşan xarici bank kreditindən də maliyyə alıblar”.