Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə səfərləri başlayır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti seçkidən sonra ilk səfər etdiyi ölkələrin siyahısına sadiq qalıb.
Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına gedəcək. KKTC prezidenti Ersin Tatarla görüşəcək. O, Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.
Sabah isə Ərdoğan Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da genişləndirilməsini, Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.