12 İyun 2023 19:35
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç bu gün bir PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Məlumata görə, İsveç hökuməti 35 yaşlı bir PKK tərəfdarını Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.

Adı açıqlanmayan şəxs 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası çəkib, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə gedib. Keçən il Türkiyə prokurorluğunun tələbi ilə o, cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün İsveçdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər