Luristan İrandan müstəqillik tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, lurlar molla rejiminə nifrətini və İrandan azad olmaq istəklərini nümayiş etdiriblər.
“İrlandiya Britaniyanın müstəmləkəsindən çıxdığı kimi, Luristan da İrandan azad olacaq”, “Xomeyni və Pəhləvilər - Luristanı qarət edənlərdir”, “Luristan İranın müstəmləkəsi deyil”; “Lur milləti müstəqillik istəyir!”, - deyə sakinlər divarlara şüarlar yazıblar.