ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketləri ayırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.
C.Kirbi bildirib ki, Vaşinqton Ukraynamə əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan yardımla təmin edəcək, lakin o, hansı yardım göstəriləcəyi barədə konkret məlumat verməyib.