7 Yanvar 2015 14:47
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Yəmənin paytaxtı Sanada partlayış baş verib.

Polis Akademiyası önündə törədilən partlayış zamanı ölü sayının 50-ə çatdığı bildirilib. Şahidlər hadisə nəticəsində 15 nəfərin də yaralandığını qeyd ediblər.

10:50

Yəmənin paytaxtı Sanada yerləşən Polis Akademiyasına hücum təşkil edilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı ən azı 35 nəfərin öldüyü, onlarla dinc sakinin isə yaralandığı bildirilib. Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etməyiblər.

Hücumun kim və ya kimlər tərəfindən təşkil edildiyi hələlik məlum deyil.

Samir


Müəllif: