13 İyun 2023 12:55
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı konqresmen Ronnie Cekson ABŞ prezidenti Co Baydeni Ukraynanın "Burisma" şirkətinin rəhbərliyi ilə əlaqəsi şübhəsinə görə əsrin cinayətini törətməkdə ittiham edib və onu ABŞ prezidentləri arasında ən böyük cinayətkar adlandırıb.

Teleqraf.com xəbər verir ki, Cekson bu barədə tvitter hesabında yazıb.

O, həmçinin bildirib ki, şirkətin idarə heyətində Baydenin oğlu Hunter də təmsil olunur.

Ceksonun sözlərinə görə, Federal Təhqiqatlar Bürosunda ukraynalı şirkət rəhbərləri ilə ABŞ-ın hazırkı prezidenti arasında danışıqların audio-yazıları varsa, onlar dərhal ictimaiyyətə açıqlanmalıdır.

Prezidentin oğlu Hunter Bayden “Burisma”nın Ukraynada qeyri-qanuni fəaliyyətlə məşğul olmadığını bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər