Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin bərpası üzrə nazirlik və dövlət agentliyinin yaradıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında bildirib.
“Artıq Baş nazirin bərpa işləri üzrə müavini postu, müvafiq nazirlik və dövlət agentliyi yaradılıb. Bərpa arxitekturasının yaradılması üzərində işi davam etdiririk”, - o paylaşımında yazıb.
Qeyd olunur ki, hazırda Ukraynanın bərpası ilə Reinteqrasiya Nazirliyi məşğul olur.