14 İyun 2023 10:22
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsveç NATO sammiti çərçivəsində Türkiyəyə verdiyi vədləri yerinə yetirib”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

ABŞ rəsmisi İsveçin PKK terror təşkilatına bağlı məhbusu Türkiyəyə təhvil vermə qərarını xatırladıb:

“İsveç NATO sammitində Finlandiya və Türkiyə ilə imzaladığı üçtərəfli anlaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”.

Jan-Pyer İsveçin yeni antiterror qanununun da bura daxil olduğunu vurğulayıb: “İsveç NATO dəyərlərini bölüşən, alyansı gücləndirən və Avropanın təhlükəsizliyinə töhfə verən güclü, bacarıqlı müdafiə tərəfdaşıdır”.

Ağ Evin sözçüsü İsveçin ən qısa zamanda NATO üzvü olmasının lazım olduğuna inandıqlarını və bu mövzuda ümidli olmağa davam etdiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu