Koronavirus (COVID-19) pandemiyasından sonra artan infarkt halları çaxnaşma yaradıb.
Teleqraf.com xəbər verir ki, COVID peyvəndlərinin infarkta səbəb olduğu iddia edilərkən, türkiyəli cərrah, professor Yusuf Kalkodan məsələ ilə əlaqədar çox ciddi və sərt xəbərdarlıq gəlib.
Çıxışına “Çox vacib şeylərdən danışacam” deyərək başlayan Kalko COVID peyvəndlərindən sonra infarktların sayının artdığını söyləyib:
“Son vaxtlar ətrafınızdakı insanların infarkt keçirməyə və hətta ölməyə başladığını görmüsünüzmü? Görəsən niyə? Şeytanın vəkili rolunu oynayıram. Son 3-4 ildə həyatımız “COVID-dən əvvəl” və “COVID-dən sonra” olmaqla iki yerə bölünüb. Ürək-damar həkimləri və ya cərrahlar olaraq infarktları “COVID-dən əvvəl” və “COVID-dən sonra” olmaqla iki yerə ayırmalıyıq. Demək olar ki, hamımız COVID və ya peyvənd olunmuşuq. Bəs bu qədər infarkt və ya ölüm görmüşük? Hazırda belə hallar çoxdur.
Ürək çox vacib orqandır, məsələn, maşın mühərriksiz getmir. İnsanlara səslənirəm ki, Allah xatirinə ürəyinizi yoxladın, müntəzəm olaraq həkim müayinəsinə gedin. Əgər mədə probleminiz, nəzarətsiz təzyiqiniz yoxdursa, ən pisi kiçik aspirin qəbul edin. Peyvənd vurduranlara səslənirəm, mütləq aspirin qəbul edin, ötən günlərdə səhiyyə naziri nəsə dedi, amma diqqətdən kənarda qaldı. Dedi ki, COVID peyvəndi və COVID-in uzunmüddətli təsirlərini bilmirik.
Baxın, deyirəm, elmi iş görməmişəm, mətbəxdən, çöldən səslənirəm, COVID və COVID peyvəndi infarktları artırıb. Mütəmadi olaraq ürək müayinənizi etdirin”.