14 İyun 2023 16:22
4 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya, İran və Suriya nümayəndələrinin görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatı xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün iyunun 21-də keçiriləcəyini yazıb.

Görüşdə Suriyanın 12 illik vətəndaş müharibəsindən sonrakı gələcəyi müzakirə olunacaq.

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri mayın 10-da Rusiyanın paytaxtı Moskvada bir araya gəliblər. Rusiya iclasda iştirak edən ölkələrin xarici işlər nazirlərinin müavinlərinin Suriya-Türkiyə əlaqələrinin normallaşdırılması üçün “yol xəritəsi” hazırlayacaqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər