Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, səfərin konkret tarixlər hələ müzakirə edilməyib.
"Türkiyə prezidenti bizim prezidentimizə onun Türkiyəyə səfərə dəvətini təsdiqləyib. Planlar var, lakin konkret tarixlər hələ müzakirə olunmayıb", - deyə Uşakov qeyd edib.