Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlu tərəfindən müşavir və baş məsləhətçilərinin səlahiyyətlərinə xitam verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu tərəfindən 4 iyun 2023-cü il tarixindən əvvəl müşavir və baş müşavir kimi təyin edilmiş bütün şəxslərin səlahiyyətlərinə 14 iyun 2023-cü il tarixindən xitam verilib.
Onların hər birinə Cümhuriyyət Xalq Partiyası adından fəaliyyətlərinə görə təşəkkür edirik.
Hörmətlə ictimaiyyətə açıqlanır”, - qeyd olunub.