Gürcüstanın Kaxeti bölgəsinin Qurciaani bələdiyyəsinin bir neçə kəndi və rayon mərkəzi sel suları altında qalıb.
Teleqraf.com xəbər verir ki, iyunun 15-də günün ikinci yarısında yağan leysan yağışları nəticəsində Axtalisxevi və Navtişxevi çayları daşıb.
Təbii fəlakət nəticəsində yollar, avtomobillər və evlərin birinci mərtəbələri sel suları altında qalıb. Yağışla birgə müşahidə olunan dolu isə əkin sahələrini, üzüm və meyvə bağlarını məhv edib.