Türkiyə milli müdafiə naziri Yaşar Gülər yunanıstanlı həmkarı Alkiviadis Stefanis ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş NATO-nun mənzil-qərargahında baş tutub.
Konstruktiv və müsbət atmosferdə keçən görüşdə Gülər və Stefanis Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanan bir gündəmlə bağlı razılığa gəliblər.