ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket nüvə sualtı qayığı Vaşinqton bəyannaməsinin şərtlərinə uyğun olaraq 2017-ci ilin oktyabrından bəri ilk dəfə Cənubi Koreyaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ohayo sinifli “USS Michigan” sualtı qayığı Busan hərbi dəniz bazasına gəlib. Bildirilir ki, sualtı gəmi “Tomaqavk” qanadlı raketləri ilə təchiz olub. Aprel ayında Vaşinqtonda keçirilən sammit zamanı ABŞ Şimali Koreyanı cilovlamaq üçün nüvə sualtı qayıqları göndərəcəyini vəd edib.
Koreya Respublikası və ABŞ arasında əməkdaşlığı gücləndirmək və Şimali Koreyadan artan təhlükəyə cavab tədbirləri hazırlamaq üçün birgə təlimlərin keçirilməsi də planlaşdırılır.