16 İyun 2023 11:40
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında yaxın vaxtlarda Vaşinqtonda görüşün keçirilməsi planlaşdırılır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Nə qədər çətin olsa da, Azərbaycanla münasibətlərin normallaşdırılması və sülhün bərqərar olması istiqamətində işimiz davamlı olmalıdır, biz bu məsələdə ardıcıl olmalıyıq”, - baş nazir deyib.

Paşinyan əlavə edib:

“Yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, əvvəlki Vaşinqton görüşündə qeydə alınan müəyyən irəliləyiş inkişaf edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər