“Flynas” aviaşirkəti iyunun 21-dən Ər-Riyad-İrəvan-Ər-Riyad marşrutu üzrə uçuşlara başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Beynəlxalq Hava Yolları Şirkəti məlumat yayıb.
Məlumata görə, həftədə 3 reys olacaq.
Beləliklə, ilk dəfə olaraq Ermənistandan Səudiyyə Ərəbistanına birbaşa uçuşlar açılacaq.
Səudiyyə Ərəbistanı Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla bütün əlaqələrini dayandırmışdı.