16 İyun 2023 16:27
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcəkdə Rusiya ilə Avropanın münasibətləri müəyyən razılaşmalar və konsensusa əsaslanmalıdır. Ukraynadakı hazırkı münaqişənin nəticələrindən sonra belə bir nəticə mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Mən istərdim ki, Rusiya Avropa ilə münasibətlərinin müəyyən razılaşmalara və bir növ konsensusa əsaslandığını qəbul etsin. İnanıram ki, bu müharibə düzgün yekunlaşarsa, belə bir nəticəni mümkün edəcək”, - sabiq diplomat qeyd edib.

Kissincerin sözlərinə görə, Ukraynadakı münaqişə tərəflərinin bunu diplomatik yolla necə bitirmək barədə düşünməyə başlaması getdikcə daha vacibdir. Eyni zamanda o qeyd edib ki, Rusiyanın zəifləməsinin “çarəsizlik durumu”na gəlməsinə yol vermək olmaz, çünki bu, yeni gərginliklərə gətirib çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər