"Biz Türkiyə ilə yaxşı qonşu olmaq üçün hər şeyi etməliyik".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər. Türk dilində belə bir atalar sözü var - mən təhsilcə türkoloqam - yaxşı qonşu pis qohumdan yaxşıdır”, - Peskov bildirib.
Onun fikrincə, qarşılıqlı əlaqələr ikitərəfli əməkdaşlıqdan geniş şəkildə istifadə etməyə, daha çox şirkəti əməkdaşlığa cəlb etməyə imkan verir.
"Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir", - Kreml sözçüsü əlavə edib.