İzmirin Qarabağlar rayonunda bir evdə qabyuyan maşındakı qazanın içindən Ellinizm dövrünə aid 2000 illik qadın heykəli aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, faktla bağlı İzmir Qaçaqçılıqla Mübarizə Şöbəsi məlumat yayıb.
Polisin apardığı araşdırması nəticəsində müəyyən edilib ki, heykəli xaricdə keçirilən hərraclarda baha qiymətə satmaq üçün Türkiyədən qaçaqmalçılıq yolu ilə aparmaq istəyiblər.
Evə baxış zamanı qabyuyan maşındakı qazanın içərisində çuvalda gizlədilmiş qadın heykəlinin başı tapılıb. Heykəlin başı ekspertiza üçün İzmir Arxeologiya Muzeyinə təhvil verilib.
Faktla bağlı bir nəfər saxlanılıb.