17 İyun 2023 19:12
10 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın aparıcı təhlükəsizlik və müdafiə sənayesi jurnallarından olan “DSİ” Türkiyənin müdafiə sənayesində irəliləyişini təhdid kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, Parisdə nəşr olunan “DSİ” jurnalının son sayında Türkiyənin müdafiə sənayesindəki sıçrayışlarına diqqət çəkib.

Məqalədə qeyd olunub ki, türk markalarının Asiya və Avropa ilə birlikdə Afrika bazarında yüksəlişi davam edir. Yazıda Fransa və Avropa ölkələri üçün təhlükə yaradan bu yüksəlişin mütləq dayandırılmalı olduğu vurğulanıb.

Türkiyə Silahlı Qüvvələrinin eksperti Əli Poyraz Gürson bildirib ki, hazırda türk markalarına Asiya, Yaxın Şərq, Afrika və Avropa bazarlarında üstünlük verilir: “Bu səbəbdən Avropa istehsalçılarının ciddi narahatlığı var. Fransanın araşdırma cədvəli göstərir ki, tarix bir növ dönüş edir. Avropa və keçmiş oyunçular bazarda gücünü itirirlər. Bu nöqtədə Türkiyə faktoru əhəmiyyətli bir uğurl qazandı. Təkcə Banqladeşə 3 milyard dollarlıq məhsul satmışıq.

Filippindən Albaniyaya, Polşadan Maliyə, Azərbaycan, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı və müxtəlif qitələrdən 30-a yaxın ölkədən türk markaları bizim bərabərlikli və insanyönümlü yanaşmamız sayəsində alınır. Lakin ABŞ, Fransa, İsrail, İtaliya və ya digər aktorlar həmin insanlara əsir kimi yanaşırlar. Fransızların və başqalarının tortları dağıldığı üçün fəryad edirlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər