ABŞ-ın Oreqon və Luiziana ştatlarında kiberhücum nəticəsində milyonlarla insanın şəxsi məlumatları oğurlanıb.
Teleqraf.com xəbər verir ki, rəsmilər Oreqon ştatında sürücülük vəsiqəsi və ya əyalət şəxsiyyət vəsiqəsi olan 3,5 milyon insanın, Luiziana ştatında eyni sənədləri daşıyanların məlumatlarının hakerlər tərəfindən oğurlandığını açıqlayıb.
Səlahiyyətlilər kiberhücuma görə konkret olaraq heç kimi günahlandırmayıb.
Federal rəsmilər isə insidenti Rusiyanın proqramlar şəbəkəsi ilə əlaqələndiriblər.
Hücumdan sonra İngiltərədəki “BBC” “British Airways” kimi böyük şirkətlərin, həmçinin ABŞ Energetika Nazirliyi və bir çox federal qurumların məlumatlarının oğurlanmış ola biləcəyi açıqlayıb.