17 İyun 2023 22:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin ixracatının 2023-cü ildə 265 milyard dollara çatacağı gözlənilir. 2028-ci ildə isə bu rəqəmi 400 milyard dollara çatdırmaq niyyətindəyik”.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda çıxış edərkən belə deyib.

Türkiyə lideri bildirib ki, hazırda beynəlxalq vəziyyətin əlverişsiz olsa da Türkiyə öz iqtisadiyyatını gücləndirməyə davam edəcək.

O, may ayında keçirilən parlament və prezident seçkilərindən sonra formalaşan yeni hökumətin əsas vəzifələrindən birinin inflyasiyanın azaldılması olduğunu söyləyib.

“Biz inflyasiyanı yenidən tək rəqəmə endirəcəyik” - Ərdoğan vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər