18 İyun 2023 15:28
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan DİN mətbuat xidməti məlumat yayıb.

Bankın şöbəsində silahlı şəxsin girov götürdüyü 7 bank əməkdaşı azad edilib.

“Sputnik Kazaxstan” isə bank əməkdaşlarını girov götürən şəxsin artıq yaxalandığı və binadan çıxarıldığı barədə məlumat yayıb.

***

Qazaxıstanda silahlı şəxs bank binasına hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, silahlı şəxs Astanada "Kaspi" bankın binasında bir neçə şəxsi girov saxlayır.

"Polis əməkdaşları hadisə yerindədir, həmin şəxslə danışıqlar aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt sakinlərindən sakit olmağı və səlahiyyətli orqanlara işlərinin görülməsinə icazə vermələrini xahiş edirlər", - deyə nazirlikdən bildirilib.

Məqalədə:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər