NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın rəhbəri kimi vəzifəsini nə vaxt bitirəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında danışıb.
“Şəxsi planım payıza qədər səlahiyyətlərimi yerinə yetirməkdir, başqa planım yoxdur”, - deyə baş katib bildirib.
O, bu vəzifədə səlahiyyətlərini yeniləmək niyyətində olmadığını vurğulayıb.
Qeyd edək ki, Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2022-ci il oktyabrın 1-də tərk etməli idi, lakin 2022-ci ilin martında bloka üzv olan ölkələrin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər.