20 İyun 2023 11:20
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gecə saatlarında Ukraynaya növbəti dəfə kütləvi raket və hava zərbələri endirib. Ruslar Ukrayna ərazilərinə İrana məxsus 30 “Şahid” dronu atıb, bunlardan 28-i məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rus ordusu Zaporije və vilayət mərkəzinin ətrafını S-300 raketləri ilə vurub, 7 belə sursatdan istifadə edilib.

Ukraynaya zərbələrdə 4 “Kalibr” qanadlı raketindən və 30 “Şahid” hücum PUA-sından istifadə olunub. Hava hədəflərinin əksəriyyəti məhv edilib.

Bundan əlavə, gün ərzində ruslar raket sistemlərindən 70-ə yaxın zərbə endirib. Dinc sakinlər arasında itkilər var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər