21 İyun 2023 13:07
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan və Çin “Çaşma” atom elektrik stansiyasında dəyəri 4.8 milyard dollar olan 1200 meqavatlıq yeni enerji blokunun tikintisinə dair saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, paytaxt İslamabaddakı AES-də 5-ci nüvə reaktorunun tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib.

Sənədlər Çin Milli Nüvə Korporasiyasının (CNNC) sədri Van Yunq və Pakistan Atom Enerjisi Komissiyasının (PAEC) rəhbəri Məhəmməd Səid tərəfindən imzalanıb.

Mərasimdə iştirak edən Baş nazir Şahbaz Şərif sazişi iki ölkənin iqtisadi əməkdaşlığında irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib.

K-3 AES-in 3-cü blokunun bu ilin fevralında Çinin dəstəyi ilə istifadəyə verildiyini xatırladan Şərif bu dəfə “Çaşma-5” üçün müqavilənin imzalandığını vurğulayıb.

Pekinə maliyyə dəstəyinə görə təşəkkür edən Pakistan baş naziri Çin lideri Si Cinpinə minnətdarlığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər