21 İyun 2023 17:52
2 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ərazisindən keçən marşrutlar Ermənistan qanunvericiliyinə uyğun olaraq idarə olunacaq. Sizə kim dedi ki, orada FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti) dayanacaq? Birincisi, FSB-nin tərkibində fəaliyyət göstərən sərhəd qoşunları haqqında danışmalıyıq, 10 noyabr bəyanatının 9-cu bəndindən sitat gətirirsinizsə, nədən danışdığımızı aydınlaşdırmalıyıq. İkincisi, funksiyanın həyata keçirilməsi yolu ilə bağlı hələ də müzakirələr aparılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Qriqoryan Ermənistanın KTMT ilə probleminin olub-olmaması ilə bağlı sualı da cavablandırıb:

“Mövcud problemlərlə tanışsınız, bu haqda danışmışıq. Bu məsələlərə verilən bütün cavablar açıqlanıb. İndi bunun hansı əhəmiyyəti olacaq və struktur üçün hansı nəticələri olacaq, zəhmət olmasa özünüz mühakimə edin”.

Media nümayəndələri Qriqoryandan Ermənistanın KTMT-dən çıxmaqla bağlı hər hansı variantı nəzərdən keçirib-keçirməməsi ilə də maraqlanıblar. Ermənistan rəsmisi suala birbaşa cavab verməkdən yayınıb.

“Bütün bu məsələlərə rəsmi dövlət qurumlarında baxılmalıdır”, - Qriqoryan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər