21 İyun 2023 21:47
40 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynanın cənubundakı qüvvələrini saxlaya bilməyəcək, buna görə də onların müvəqqəti işğal olunmuş Krıma qaçmaları üçün yollar hazırlayır, burada sıx müdafiə xətti qurur”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, Rusiya əlavə qüvvə cəlb edə bilsə, cənubdakı hərbi kontingentini bu istiqamətdə saxlamağa cəhd edə bilər: “Hazırda Krımda yerləşən rus qoşunlarının kontingenti müdafiəni doldurmaq və saxlamaq iqtidarında deyil”.

Kovalenko qeyd edib ki, hazırda Krımda 20-25 batalyona qədər rus qoşunu var. Bu da hətta Armyansk-Medvedivka-Cankoy-Krasnoperekopsk trapesiyasının 50 faizini doldurmaq üçün kifayət deyil.

“Xerson, Zaporoje və Donetsk vilayətlərində rus qruplarının ümumi sayı 150 mindir. Təxminən 180 batalyon funksionaldır, 1 taktiki batalyon da 1-2 km məsafədə müdafiəni tutmağa qadirdir. Bütün bunlar onu deməyə əsas verir ki, rus bölmələrinin paraleloqramda cəmləşməsi onların sonrakı yarımadaya köçürülməsi üçün həyata keçirilir”, - ekspert bildirib.

Kovalenko əlavə edib ki, Rusiya komandanlığının bu addımları Xersonun sol sahilinə və Zaporojenin bir hissəsinə nəzarəti saxlamaqla bağlı nikbinliyinin olmadığını göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər