Bəlli olduğu kimi, Suriya hökuməti rəsmi Ankaranı hədələyərək, Suriya üzərindən uçacaq istənilən mülki türk təyyarəsinin vurulacağını bəyan edib. Türkiyə tərəfi Suriya rəsmilərinin bu bəyanatına diplomatik etiket çərçivəsində çox sərt cavab verib.
Müvafiq rəsmi açıqlamada bildirilib ki, bu ölkənin hava məkanından istifadə edən Türkiyənin mülki təyyarələrinin vurulacağı barədə bəyanatı Türkiyəyə təhdiddir: "Belə hərəkətlər istənilən halda sərt qarşılanacaq və qətiyyən cavabsız qalmayacaq".
Teleqraf.com-un "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyə Xarici İşlər Nazirliyi Suriya rəsmilərinin bəyanatını kəskin şəkildə qınayıb.
Nazirlik Dəməşqin bu bəyanatını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.