Belçikada çalışan bir türk yerli polisin özbaşnalığının qurbanı olub. Vervye şəhərində polisin açdığı atəş nəticəsində Cəmil Kaya adlı Türkiyə vətəndaşı dünyasını dəyişib.
Teleqraf.com-un "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, Türkiyənin Nevşehir vilayətinin sakini olub.
C.Kaya küçə ilə gedərkən üzərində bıçaq daşıdığı üçün ona müdaxilə edən polislə mübahisə edib.
Türkiyə vətəndaşının sinə nahiyəsindən vurulduğu bildirilir.