Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya “Jerusalem Post” qəzetinə müsahibəsində ərindən ayrı yaşadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Yelena Zelenskaya bunu təhlkəükəsizlik məsələsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Vladimir Zelenski təhlükəsizlik baxımından kabinetində yatır və hər gün uşaqların yanına qayıdır.
Ukraynanın birinci ledisi gündəlik ofisə işə getdiyini də bildirib.
Vladimir və Yelena Zelenskilərin 2 övladı var.