22 İyun 2023 11:56
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani göstəriş verərsə, digər terror təşkilatları kimi PKK-ya qarşı da əməliyyat keçirə bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu İraq Terrorla Mübarizə Xidmətinin rəisi Əbdülvahab əs-Sədi deyib.

Sədi İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib-keçirməyəcəkləri ilə bağlı suala belə cavab verib:

“Terrorla Mübarizə Xidməti olaraq istənilən terror təşkilatına qarşı mübarizə aparmağa hazırıq. Bu məqamda Silahlı Qüvvələrin rəhbəri və Baş nazir Sudani göstəriş verərsə, istənilən tapşırığı (PKK-ya qarşı əməliyyatı) yerinə yetirməyə hazırıq. Terrorla Mübarizə Xidməti İraqın bütün şəhərlərində yerləşir”.

İraq Kürd Muxtariyyətinin peşmərgə qüvvələri ilə əməkdaşlığa toxunan Sədi Ərbil və Süleymaniyyədə Terrorla Mübarizə Xidmətinin hərbi alayının yaradıla biləcəyini söyləyib:

“Ərbildən 40 terrorçu təhvil almışıq. Kürd Muxtariyyətində davam edən əməliyyatlarımızda Ərbil və Süleymaniyyə ilə yüksək koordinasiya içərisindəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər