Rusiya qüvvələrinin son sutka ərzində Kupyan, Liman, Avdiv və Marində Ukrayna ordusunun mövqelərinə hücumu nəticəsiz bitib. Üstəgəl, onlar ağır itkilərlə geri çəkilməli olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ümumilikdə, gün ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 30-dan çox toqquşma baş verib.
Ruslar Kupyan istiqamətində Sinkivka rayonuna hücuma keçsələr də, uğur qazana bilməyiblər. Liman və Avdiv istiqamətində nəticə əldə olunmayıb.
Rusiya ordusu Marin istiqamətində eyniadlı şəhər və Pobeda qəsəbəsinə doğru hücum əməliyyatı keçirib. Bütün hücumlar Ukrayna tərəfindən dayandırılıb.
Rus qoşunları Zaporoje və Xerson istiqamətlərində müdafiə mövqeyindədir. Əsas səyləri Ukrayna ordusunun irəliləməsinin qarşısını almağa yönəlib. Makarivka isə ruslar itirilmiş mövqelərini bərpa etməyə çalışırlar.