“Seçkidə qalib gəlsəm, İrana qarşı İsraili dəstəkləyəcəm və İslam Respublikası ilə bağlı daha inadkar mövqe tutacam”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd (Respublikaçı) Ron De Santis deyib.
“İrana təzyiq etməklə göstərməliyik ki, davranışları iqtisadi, diplomatik və hətta hərbi baxımdan onun üçün mənfi nəticələrə malikdir. Təzyiq mollaların anladığı yeganə dildir”.
De Santis İranla nüvə müqaviləsini (JCPOA) “Xameneyi-Obama razılaşması və fəlakət” adlandırıb.
“İranlılarla güzəştə gedəndə bundan əldə etdikləri pulları terrorizmi dəstəkləmək və silah proqramlarını inkişaf etdirmək üçün istifadə edirlər”, - siyasətçi vurğulayıb.
ABŞ-da prezident seçkisi gələn il keçiriləcək.