8 Yanvar 2015 03:17
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın hüquq-mühafizə orqanları Charlie Hebdo jurnalının redaksiyasına hücum edən və 12 nəfər jurnalisti qətlə yetirən iki əsas şübhəlinin yerini müəyyən edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Fransanın həftəlik "Puen" qəzeti öz saytında məlumat yayıb.

"Puen"in xəbərinə görə, ehtimal olunan terrorçular - Səid və Şərif Kuşani qardaşları Reyms şəhərində tapılıb. Hazırda Fransa polisi onların yerləşdiyi binaya basın etməyə hazırlaşır. Hadisə yerinə polis vertolyotu cəlb edilib.

Onu da qeyd edək ki, buna qədər Parisin Liberation qəzetinin internet saytı 12 nəfəri qətlə yetirən terrorçuların 3-nün də həbs edildiyi xəbərini yayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər