Vaxtilə rusiyalı həmkarı Vladimir Putinə mütəmadi olaraq zəng edən Fransa Prezidenti Emmanuel Makron bildirib ki, hazırda onunla danışmağa ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bununla belə, Makron Putinin özü ona zəng edəcəyi təqdirdə dəstəyi götürəcəyini deyib.
“İndi ona zəng etmək üçün heç bir əsasım yoxdur. Mənə nəsə təklif etmək üçün zəng etsə, danışmağa razı olacam, çünki Fransa həmişə dialoqu təbliğ edən dövlət olub. Hesab edirəm ki, Rusiya ilk növbədə müharibəni dayandırmalı və beynəlxalq hüququ qəbul etməlidir. Ona aydın olmalıdır ki, bu gün beynəlxalq hüquqa hörmətin olmadığı bir vaxtda dialoqun bərpası mümkün deyil”, - Makron qeyd edib.