“Rusiyanı hərbi yolla məğlub etmək mümkün deyil, ona görə də münaqişə dinc yolla həll edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya parlamentinin (Bundestaq) keçmiş sədri, hakim Sosial Demokrat Partiyasının üzvü Volfqanq Tyerze deyib.
“Hərbi cəhətdən Rusiya məğlubedilməzdir, ona görə də silahları tez bir zamanda susdurmaq üçün yenidən diplomatiyaya yer vermək lazımdır”, - siyasətçi bildirib.
Bununla yanaşı, Tyerze Ukrayna ilə hərbi həmrəyliyin lazım olduğunu vurğulayıb və qeyd edib ki, Rusiya Vladimir Putin demək deyil.
“Rusiya Avropanın mühüm hissəsi olaraq qalır, Putindən sonra ümumavropa təhlükəsizlik arxitekturasının bir hissəsinə çevrilməlidir”, - eks-spiker əlavə edib.