“Müharibənin gedişatını dəyişmək üçün Ukrayna ordusuna uçuş məsafəsi 2000 kilometrdən çox olan “Tomahavk” qanadlı raketləri lazımdır. Bunlarla Rusiya ərazisində silah və hərbi texnika istehsal edən hər nöqtəni məhv etmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.
Polkovnik qeyd edib ki, belə müəssisələri dronlarla məhv etmək mümkün deyil, bunun üçün yarım tonluq sursat lazımdır, ancaq onlarla sıradan çıxarmaq olar.
Svitan onu da vurğulayıb ki, Ukrayna ordusunun əks-hücumunun ləngiməsinin səbəbləri aviasiyanın olmaması və rusların işğal etdiyi ərazilərin böyük hissəsinin minalanmış olmasıdır.
“Aviasiya olsaydı, minalanmış sahələrdən də qorxmazdıq. Çünki aviasiya istənilən yerüstü sistemlərdən daha yaxşı işləyir. Müvafiq olaraq, aviasiya nə olur-olsun, istənilən müdafiə xəttini yarır”, - polkovnik vurğulayıb.