Parisdə "Çarli Hebro" ("Charlie Hebdo") jurnalına yönələn silahlı hücumdan bir qədər sonra daha bir terror akiyası baş verib.
Redaksiyaya silahlı basqından bir neçə saat sonra sinaqoqun qarşısında avtomobil partladılıb. Teleqraf.com-un məlumatına görə, zərərçəkənlər barədə açıqlama verilməyib.
Paris hökumətinin ilkin məlumatına görə, partlayış heç bir şəkildə jurnal redaksiyasına hücumla əlaqəli deyil. Ehtimallara görə, partlayış maşında yaranan yanğın nəticəsində baş verib.
Lakin bir ehtimal da var ki, bu, 12 jurnalisti qətlə yetirən silahlıların hadisə yerindən minib qaçdıqları həmin avtomobildir. /axar.az/